Batma təhlükəsi ilə üzləşən daha bir şəxs xilas edildi

Batma təhlükəsi ilə üzləşən şəxs xilas olunub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sahil ictimai çimərliyin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub”, – deyə FHN-dən bildirilib.