Batma təhlükəsilə üzləşən 3 nəfər xilas edildi

“Bilgəh” və “Xaçmaz” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən 3 nəfər batma təhlükəsi ilə üzləşib.

Yenicag.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Onlar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas olunub.