Batmaq təhlükəsi olan iki şəxs xilas edildi

Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas olunub.

FHN-dən Yenicag.az-a verilən məlumata əsasən, iyulun 10-da Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Bilgəh və Zağulba sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.