460181Azərbaycanlı turistləri Batumidə aldadaraq çətin vəziyyətə qoyan turizm şirkətlərinin əməkdaşları yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri məlumat verib. O qeyd edib ki, aldadılan 50 turistdən 2-si yol xərclərini özləri ödəyərək Azərbaycana qayıdıblar.

“İnTravel” şirkətindən Trend-ə verilən məlumata görə isə, həmin iki şəxs Batumiyə səfər üçün onlara müraciət edib. Şirkət, öz növbəsində, həmin tursitləri “Ray travel” və “Altur” turizm şirkətlərinə yönəldib və onlar ümumi turist qrupuna daxil edilib. “İnTravel” şirkətindən, həmçinin qeyd ediblər ki, həmin iki turistə Azərbaycana qayıtdıqdan sonra təzminat ödəniləcək.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən turizm şirkətlərindən birinin əməkdaşları Batumidə otel və turistləri aparan avtobus üçün ödənilməli olan pulu kazinoda uduzublar və nəticədə turistlər çətin vəziyyətdə qalıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."