Batumidə “Azərbaycanlıların soyqırımı” təqdim olundu

baumkitabteqdAzərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən tarix elmləri doktoru Quram Marxuliyanın müəllifi olduğu “Azərbaycanlıların Soyqırımı” kitabının təqdim etmə mərasimi keçirilib.

Tədbirdə kitabın müəllifi,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülmüş tarix elmləri doktoru Quram Marxuliya, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru, Rostom Quntaişvili, həmçinin həmin universitetin pedoqoji heyəti və muxtar respublikanın Azərbaycan icmasının rəhbəri Vidadi Axundov və icmanin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə acan baş konsul Rəşad İsmayılov qeyd etdi ki, bu faciə Azərbaycan xalqının və bütün bəşəriyyətin tarixinə bəşəriyyətə qarşı edilən ən qatı cinayətlərdən biri kimi daxil olmuşdur və bu gün Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən çoxsaylı cinayətlər, o cümlədən Xocalı faciəsi, onun dinc əhaliyə qarşı soyqırım kimi tanınması barədə bütün həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində məqsədyönlü və davamiyyətli siyasət yürütməkdədir.

Quram Marxuliya ətraflı çıxışı zamanı qey etdi ki, müəllifi olduğu kitabda əsasən, erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz,əliyalın insanlara divan tutulmasından bəhs edilir.