Batumidə baş verən iğtişaşlarla əlaqədar 7 nəfərə həbs cəzası verilib

Batumi şəhər məhkəməsi ötən gecə baş verən iğtişaşlarla əlaqədar 7 nəfərə beş sutkalıq həbs cəzası verib.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, ümumilkdə məhkəmə 16 nəfərin işinə baxıb.

Onlardan 3-ü yetkinlik yaşına çatmadığı üçün sərbəst buraxılıb. Daha 6 nəfərin işi üzrə proses təxirə salınıb.

Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində azı 30 nəfər xəsarət alıb.

Yeniçağ.Az

COP29