!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Batumidə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edildi

!Reklam – Yazi

20151227010328-56639-2Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən mərasim keçirilib.

Yenicag.az-ın məlumatına görə, tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Avtandil Beridze, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi, İran İslam Respublikasının baş konsulu Hossein Maşhadi, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov və Azərbaycan icmasının üzvləri, “AcaraTV”-nin baş redaktoru Soso Sturua, Türkiyə Respublikasının Baş Konsulluğunun əməkdaşları, Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin əməkdaşları, Batumidə fəaliyyət göstərən digər icmaların nümayəndələri iştirak edib.

Tədbirdə baş konsul Rəşad İsmayılov, prezident İlham Əliyevin dünya azərbaycanlılarına təbrikini iştirakçıların diqqətinə çatdırıb. Baş konsul bu bayramın tarixçəsi haqqında məlumat verib.

Baş konsul prezident İlham Əliyevin noyabr ayında Gürcüstana səfəri zamanı Marneuli rayonunda “Çay evi” tədris mərkəzində azərbaycanlı soydaşlarımızla görüşünü tədbir iştirakcılarına xatırladıb və dövlət başcısının Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün Gürcüstanda yaşayan azərbaycanlıların bu işdə böyük rol oynadığını vurğulayıb.

Tədbirdə cıxış edən Acarıstan Muxtar Respublikasının Hökumətinin Ali Sovetinin sədri Aftandil Beridze öz nitqində azərbaycanlıların arasında olmaqdan və onlarla bir yerdə Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etməkdən şad olduğunu bildirib. Gürcülərin Azərbaycan xalqına xüsusi münasibəti olduğunu vurğulayan sədr qeyd edib ki, Acarıstanın, özəlliklə də Batuminin tarixinə nəzər yetirilsə, xalqların qədimdən dost olduğu, şəhərlərin və regionların çoxəsrlik dostluq tarixinin olduğu asanlıqla anlaşılar.

Tədbirdə, həmçinin Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi çıxış edib.

Tədbir bədii proqram və ziyafətlə yekunlaşıb.

www.yenicag.az

1016
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv