!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Batumidə üç azərbaycanlı bıçaqlandı - Gürcüstanlı tutuldu

!Reklam – Yazi

Ötən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.

Yenicag.az xəbər verir ki, Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.

Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Xəstəxanaya yerləşdirilən yaralılardan ikisi  evə buraxılıb.

Vəziyyəti nisbətən ağır olan digər azərbaycanlı turist isə əməliyyat olunub.

Həkimlər əməliyyat olunan şəxsin vəziyyətinin sabit olduğunu bildiriblər. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Azərbaycan vətəndaşlarını bıçaqlamaqda şübhəli bilinən şəxsin 2001-ci il təvəllüdlü Gürcüstan vətəndaşı olduğu bildirilir.

Qarşıdurmanın səbəbi hələ məlum deyil.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur./Report/

 

 

www.yenicag.az

1266
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv