“Bavariya” yarımfinalda – VİDEO

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

Yenicag.az xəbər verir ki, Almaniya çempionu “Bavariya” doğma meydanda İspaniyanın “Sevilya” klubu ilə qarşılaşıb. İlk oyunda 2:1 hesabıyla qalib gələn Münhen klubu cavab matçındakı 0:0 hesablı heç-heçə sayəsində yarımfinala yüksəlib.

Qarşılaşmanın videoicmalını təqdim edirik: