Bu gün adımızın 3 qitədəki mənəvi abidələrimizlə nə qədər səsləşdiyinin sübutudur. Qarabağdan Krıma, Kiprdən Qüdsə qədər 3 ayparanın xatirələri var. Məsələn, Xocalı da onlardan biridir. 1992-ci ildə amansızlıqla zülmət dolu bir gecədə Qarabağda soydaşlarımızın qanı töküldü.
Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı deyib.
“Təbii ki, 2-ci Qarabağ müharibəsi ilə Azərbaycan torpaqlarının 80 faizini geri aldı. Türk coğrafiyası dirildilib, oyandı. Azərbaycan Ordusunun əsgərləri terrorçu erməniləri darmadağın etdi. Qarabağ da öz azadlığını qazandı. Türklüyün istiqlalı ilə oynayanlar doğulduqlarına peşman oldular.
Xocalı türkdür, Qarabağ türkdür. Bu tarixi həqiqəti heç kim dəyişdirə bilməyəcək. Bir dəfə qalxan bayraq bir daha enməyəcəkdir. Şuşa Bəyannaməsi türklüyün ortaq bəyanıdır”, – Baxçalı bildirib.