Baxçalıdan Ərdoğana tam dəstək: “Almaniyaya lap birlikdə gedərik…”

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı prezident Rəcəb Tayyib Ərdoğanla bağlı Almaniyanın qərarına sərt reaksiya verib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə danışan Baxçalı “Hörmətli prezident tək deyil, lazım olsa, Almaniyaya lap birlikdə gedərik”, – deyə bildirib.

MHP lideri bu barədə fikirlərini belə davam etdirib: “Türkiyə prezidenti 4 milyon türkün yaşadığı Avropa ilə bağlı “Mən istəsəm, gələrəm. Qapıdan buraxmasanız, dünyanı ayağa qaldıraram” deyib.

Əgər hörmətli prezident Avropaya getmək fikrindədirsə, o, bu məsələdə tək deyil. MHP sədri olaraq, mən də onunla birgə Avropaya gedərəm. Türk dünyasının mühüm hissəsini təşkil edən Avropada yeni bir “Türk Ruhu”nu ortaya qoymaq üçün hörmətli prezidentlə birlikdəyəm”.

Yeniçağ.Az