!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Baxçalıdan şok “Şuşada məktəb” tviti: “İmtina etdik” - SƏBƏB

!Reklam – Yazi

“Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi, yeni və fərqli bir məktəb layihəsi hazırladı”.

Bu fikirləri Türkiyənin Miliyətçi Hərəkat partiyasının (MHP) sədri Dövlət Baxçalı özünün tvitter hesabında yazıb.

Baxçalı Şuşada məktəb tikmə layihəsinin Azərbaycan tərəfindən qəbul edilmədiyini bildirib.

“16 yanvar 2021-ci ildə sosial mediadan verdiyim açıqlama ilə Qarabağ zəfərinin ardından Azərbaycanın düşüncə və sənət həyatında özünəməxsus yeri olan Şuşada Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfinin təşkilatçılığı ilə doqquz illik məktəb tikməyi planlamışdıq. Məktəbin təməl atma tarixi olaraq isə 30 yanvar 2021-ci il planlanmışdı. Azərbaycan rəhbərliyi layihəmizi qəbul etmədi, yeni və fərqli bir məktəb layihəsi hazırladı. Əlbəttə ki, bu qərar onların ən təbii haqqıdır və onlara hörmət etməkdən başqa çarəmiz qalmayacaq”, – deyə Baxçalı qeyd edib.

www.yenicag.az

2322
Ads
www.veteninfo.com
!Reklam – Arxiv