!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baxımsız piyada keçidləri - Yollar bu vəziyyətdədir

!Reklam – Yazi

Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə, sakinlərin onlardan niyə istifadə etmədikləri məlum olur. Çünki bir çox keçid zibillə dolub- daşir, bəzilərində isə eskalatorlar işləmir.

Yenicag.az xəbər verir ki, bir çox yol qəzalarının səbəbi insanların piyada keçidlərindən istifadə etməmsidir. Amma paytaxtdakı bir çox piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır.

Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, yerüstü keçid bir neçə il əvvəl tikilərək istifadəyə verilib. Əvvəllər keçid təmizlənsə də, sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Sakinlər deyir ki, Bakı-Şamaxı magistralının üstündə olan həmin keçidə dəfələrlə təmizləmək üçün aidiyyəti qrumlara müraciət ediblər. Yeni inşa edilən keçidin problemi tək natəmizlik deyil. İşıqlandırma və məhəccərəri də yox səviyyəsindədir.

Qaranlıq və natəmiz olduğu üçün sakinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçirlər.

Çəkiliş apardığımız zaman əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gələrək təmizlik işləri görməyə başladılar.

Paytaxtın Xətai rayonu Nobel prospektindəki yerüstü piyada keçidi və Nəsimi rayonu Rəşid Behbudov küçəsində isə yeraltı keçidlərdə bir müddət olar ki, eskalator işləmir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin eskalatorların ehtiyat hissələri sıradan çıxıb. Hazırda həmin hissələr xarici ölkədən sifariş edilib və yaxın günlədə təmir olunacaq. Zibillənən keçidlərə gəldikdə isə, qrum rəsmisi bunun vətəndaşların məsuliyyətsizliyi üzündən baş verdiyini deyir. O, həmin keçidlərin mütəmadi təmizləndiyini bildirib./xezerxeber.az/

www.yenicag.az

10970
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv