!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bay, densiz... Tarixə əlcək atan tavansız qoca - Araz Zeynalov yazır

!Reklam – Yazi

Türkiyənin ABŞ-dən gələn “soyqırımını tanımaq” şantajı qarşısında bu qədər həssas davranmasına ehtiyac olmadığını düşünürdüm. Çünki qardaş ölkənin başı üzərindən asılan o “Domokl qılıncı”nın bir gün endiriləcəyi sadəcə zaman məsələsi idi. Qalırdı, bu avantüraya kimin imza atacağı…

Ronald Reyqan, Corc Buş (ata), Bill Klinton, Corc Buş (oğul), Barak Obama, Donald Tramp… Son 40 ildə ABŞ-ni idarə etmiş bu prezidentlərdən heç biri “soyqırımı” ifadəsinə dilinə gətirmədi. Onların bəziləri hətta seçki kampaniyasının gedişində şövqə gələrək ermənilərə vəd versələr belə, sonunda Türkiyə amilini gözardı etməyin mümkünsüzlüyünü anladılar.

Bu reallığı inkar edə bilməyən ABŞ prezidentlərinin “zəncir”i 79 yaşlı Co Baydenin təkqütblü dünyanın lider dövlətinin başına keçməsi ilə “qırıldı”. Adam zatən açıq kartlarla oynayaraq Türkiyə ilə ABŞ-ni barışmaz düşmənə çevirmək üçün əlindən gələni edəcəyini gizlətmirdi.

Əslində, Bayden saxtakarlıqdan yoğrulan “soyqırımı” ifadəsini işlətməklə çiyinləri dağ qədər çoxillik ağır yükdən azad etdi. Bundan sonra Türkiyə və Azərbaycan hər il 24 aprel ərəfəsində həyəcanla Ağ Ev sahibinin ağzını güdmək məcburiyyətində qalmayacaq.

Bütün bunlar öz yerində.

Yaxşı, ABŞ-nin bu Türkiyə düşmənliyindən qazancı nədir? Heç nə! Qazanc bir yana, bu addım başdan-başa itkidir. Bəs onda Baydenin Türkiyə ilə körpüləri yandırmaqda məqsədi nədir? Əlbəttə, ritorik sualdır. Türkiyənin müstəqil gücə çevrilməsi Ankaranı onilliklər boyu bir barmağının işarəsi ilə yönəldən ABŞ-ni hədsiz dərəcədə qıcıqlandırır.

Ona görə də 2000-ci illərin əvvəllərinə qədər olan “status-kvo”nu belə ciddi-cəhdlə bərpa etməyə çalışır. Vaşinqton bu məqsədin gerçəkləşməsi üçün bütün vasitələri özü üçün məqbul sayır. 2016-cı il 15 iyul çevriliş cəhdi və başqa fərqli-fərqli tərtiblər heç bir işə yaramadı. Nəticəsiz cəhdlərin davamında “soyqırımı” ifadəsini işlətmək Baydenin bacaracağı hələ ki ən böyük “iş”dir.

Sklerozdan əziyyət çəkən qoca prezident bu “tökdüklərini”, yəqin ki, toplaya bilməyəcək. Hər halda, haqsız hücuma məruz qalan Türkiyənin artıq müdafiədən hücuma keçməsi üçün elə də ciddi maneə qalmayıb. Ən mürəkkəb situasiyalarda da optimal siyasi kombinasiyaların ustası olan Ərdoğan bu şantajın cavabını mütləq verəcək.

Təbii, Ağ Evdən Türkiyəyə atılan bu “daş”ın digər hədəfi Azərbaycandır. Hər kəs bunun fərqindədir. O baxımdan, Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrindən verilən təpkilər birmənalıdır. Baydenin “soyqırımı” çərənləməsi hamını qəzəbləndirib, Ağ Evin sahibinə lənət yağdırılır.

Vəziyyətə baxdıqda masada açılmayan “kart”ın qalmadığı görünür. İndi əsas məsələ Türkiyə ilə Azərbaycanın öz birgəlikərini qoruyaraq “oyun”u başlayanları məğlubiyyətə sürükləməkdir.

Vaxt getdi!

www.yenicag.az

644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv