Bayden baş nazirlə Rusiya-Ukrayna müharibəsini müzakirə etdi

ABŞ prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə sonuncunun Kiyevə səfərini müzakirə edib.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, dünən Hindistanın baş naziri və ABŞ prezidenti telefonla Rusiya-Ukrayna müharibəsini müzakirə ediblər.

Modi deyib ki, Hindistan “sülh və sabitliyin tezliklə bərpasını dəstəkləyir”. Ağ Ev Baydenin Modinin Polşa və Ukraynaya son səfərlərini yüksək qiymətləndirdiyini və hər iki liderin “münaqişənin BMT Nizamnaməsi əsasında beynəlxalq hüquqa uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini” bildirib.

Xatırladaq ki, Modi iyul ayında Hindistan və Rusiya Federasiyası arasında 2030-cu ilə qədər strateji əməkdaşlıq proqramının imzalandığı Moskvaya səfər etmişdi. Keçən həftə Hindistanın baş naziri Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb, dörd ikitərəfli sənəd imzalanıb.

Rafi Müslümov

COP29