Bayden dünya müsəlmanlarını təbrik etdi – FOTO

ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə təbrik edib.

ABŞ rəhbəri təbrik paylaşımını “Twitter” hesabında edib.

“Cill və mən Ramazan bayramını qeyd edən hər kəsə ən xoş arzularımızı çatdırırıq. Dünya müsəlmanları Ramazan ayını başa vurduqca, ay ərzində şahidi olduğumuz icma, şəfqət və xidmət ruhu il boyu davam etsin”, – Bayden sosial şəbəkə hesabında yazıb.