ABŞ prezidenti Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirib.
Yenicag.az xəbər verir ki, tərəflər İsveçin NATO-ya qəbulu prosesini və gələcək təmasları müzakirə ediblər.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bundan başqa, 2024-cü ilin iyulunda Vaşinqtonda keçiriləcək NATO sammiti ərəfəsində sıx təmasların davam etdirilməsi barədə razılığa gəlinib.
Liderlər Yaxın Şərqdəki vəziyyəti, o cümlədən Qəzza zolağına humanitar yardımın çatdırılmasının artırılması və mülki şəxslərin müdafiəsi üzrə tədbirləri, fələstinlilər üçün mümkün siyasi perspektivləri müzakirə ediblər.