Bayden G7 sammiti zamanı azdı – VİDEO

ABŞ prezidenti Co Bayden İngiltərədə keçirilən “Böyük yeddilik” sammiti zamanı “azıb”.

Müvafiq görüntüləri yerli “ITV News” telekanalı yayıb.

Kadrlarda Baydenin jurnalistlərin əyləşdiyi restoranın terasına qalxması və ətrafa boylanması əks olunub. Çaşqın vəziyyətdə qalmış dövlət başçısını görən “ITV News” əməkdaşı ondan sammitin necə keçdiyini soruşub. ABŞ prezidenti isə “çox yaxşı” deyərək cavab verib.

Daha sonra terasın əks tərəfindən Baydenin həyat yoldaşı peyda olaraq, onu özüylə aparıb. Hadisə jurnalistlərin gülüş səsləri ilə müşayət olunub.