ABŞ prezidenti Co Bayden Rusiyaya göndərilən Şimali Koreya əsgərləri ilə bağlı açıqlama verib.
Yenicag.az xəbər verir ki, Bayden bu ölkənin əsgərlərinin Ukrayna sərhədini keçdiyi halda “onları güllələmək lazımdır”, deyib.
Bayden Şimali Koreyanın Rusiyaya dəstəyini “son dərəcə təhlükəli” olduğunu bildirib.
Qeyd edək ki, Şimali Koreya Ukrayna müharibəsinin ilk aylarından Rusiyaya sursat göndərirdi. Bu yaxınlarda Sakit okean ölkəsi də Rusiyaya 4000 personal və 10 min əsgər göndərib.
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya ilə müdafiə müqavilələrinin dördüncü maddəsinə işarə edərək, “Bir-birimizə necə kömək etməyimiz bizim işimizdir” deyib.
Rusiya ilə Şimali Koreya arasında bağlanmış müqavilənin dördüncü maddəsinə əsasən, iki ölkə “birdən çox ölkənin qüvvələri ilə toqquşduğu bir vəziyyətdə bir-birinə bütün hərbi, maddi və maddi-texniki yardımı göstərəcəklərini” vəd edib.
Nəsimi Ələsgərli