Bayden İsraildədir

ABŞ Prezidenti Co Bayden İsraildə səfərdədir.

Yenicag.az xəbər verir ki, Baydenin təyyarəsi Tel-Əvivə enib.

Qeyd edək ki, daha əvvəl İordaniya oktyabrın 18-də günortadan sonra baş tutmalı olan Əmman sammitini ləğv etdiyini açıqlamışdı.

Tədbirdə ABŞ prezidenti Co Bayden, İordaniya kralı Abdulla, Misir prezidenti Əl-Sisi və Fələstin Muxtariyyətinin sədri Əbu Mazen iştirak etməli idi. İordaniyanın xarici işlər naziri məsələ ilə bağlı, “müharibənin bitməsindən başqa bir şey haqqında danışmaq faydasızdır” deyib./APA