Bayden Kuleba ilə görüşdü

ABŞ Prezidenti Co Bayden Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və müdafiə naziri Aleksey Reznikov ilə görüşüb.

Yenicag.az xəbər verir ki, Varşavada keçirilən görüşdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edib.

Görüşdə Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Ukraynaya hərbi yardım məsələləri müzakirə edilib.