Bayden NATO-nun Vilnüs sammitində iştirak edəcək

ABŞ Prezidenti Cozef Bayden Vilnüsdə NATO sammitində iştirak edəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, sammit iyulun 11-i və 12-də baş tutacaq.

Bundan əvvəl, iyulun 9-u və 10-da Bayden Londona səfər edəcək və burada Kral III Çarlz və Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək.