Bayden onları prezident seçkilərində öz namizədlərini irəli sürməyə çağırdı

ABŞ Prezidenti Cozef Bayden Demokratlar Partiyasının onun ilk debatdakı çıxışından narazı qalan üzvlərini prezidentliyə öz namizədlərini irəli sürməyə çağırıb.

Yenicag.az xəbər verir ki, o, bu barədə MSNBC telekanalına müsahibəsində bildirib.

Bayden qeyd edib ki, uğursuz debatdan sonra respublikaçı Donald Trampı məğlub etmək şansının aşağı olması ilə bağlı müzakirələrin artmasından və onu seçki kampaniyasını dayandırmağa məcbur etmək cəhdlərindən çox məyusdur.

ABŞ Prezidenti ona qarşı narazılıq edənləri Demokratlar Partiyasının avqust qurultayına dəvət edib:

“Prezidentliyə namizədliyinizi verin, qurultayda mənə meydan oxuyun”.

Hazırkı dövlət başçısı namizədliyini geri götürmək fikrində olmadığını təkrarlayıb./Report/

COP29