Bayden özünə qəsd etmək istəyib

ABŞ Prezidenti Co Bayden 1972-ci ildə birinci həyat yoldaşı və qızının avtomobil qəzasında həlak olmasından sonra intihar barədə düşündüyünü deyib.

Baydenin birinci həyat yoldaşı Neyliya və azyaşlı qızı Naomi 1972-ci ilin dekabrında avtomobil qəzasında həlak olub, iki oğlu Hunter və Bo isə xəsarət alıblar.

“O an düşündüm ki, intihar etmək üçün dəli olmaq lazım deyil… Bir anlıq bu barədə düşündüm, amma iki övladım var idi”, – Bayden jurnalist Hovard Stern ilə radio müsahibəsində deyib.

O qeyd edib ki, bu barədə düşünməyinə baxmayaraq, intihar etmək niyyəti olmayıb./Oxu.az/

COP29