Bayden Putinə “qəssab” dedi

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini bu dəfə “qəssab” adlandırıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “CNN” telekanalı yayıb.

Bayden bunu Polşa və Ukrayna sərhədində ukraynalı qaçqınların düşərgəsini ziyarət edərkən deyib.  Jurnalistlərdən biri Baydendən Ukraynadakı hərbi əməliyyat fonunda Putin barəsində nə düşündüyünü soruşub.

“O qəssabdır”, – deyə Bayden cavab verib.

Qeyd edək ki, Bayden bundan əvvəl Putini “hərbi cinayətkar” adlandırıb.