Bayden seçkilərdə erkən səs verdi

Hazırkı Amerika lideri Co Bayden vətəni Delaver ştatında ABŞ prezident seçkilərində erkən səs verib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Associated Press”in məlumatına görə, Bayden vitse-prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Kamala Harrisə səs verməzdən əvvəl təxminən 40 dəqiqə növbədə dayanıb./Qafqazinfo/