Bayden: “Tezliklə İranı azad edəcəyik”

“Amerika Birləşmiş Ştatları tezliklə İranı azad edəcək”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Kaliforniyada yerli Demokrat namizədə dəstək kampaniyasındakı çıxışı zamanı deyib.

“Narahat olmayın, biz İranı azad edəcəyik. Tezliklə onlar özlərini azad edəcəklər”,-  deyə 80 yaşlı Amerika lideri vurğulayıb.

Lakin o, verdiyi sözlə bağlı heç bir təfərrüat açıqlamayıb. Zal prezidentin sözlərinə reaksiya verib,  buna baxmayaraq  Bayden mövzunu dəyişib.

İran parlamentinin sədri bir müddət əvvəl ABŞ olmasaydı dünyanın daha yaxşı yer olacağını bildirmişdi.

Bundan əvvəl Dövlət Departamenti xəbərdarlıq etmişdi ki, əgər diplomatiya nəticə verməsə, Vaşinqton İrana münasibətdə hərbi variantı nəzərdən keçirəcək.