ABŞ prezidenti Co Bayden Floridada çıxışı zamanı Ukrayna ilə İraqı səhv salıb.
Yenicag.az xəbər verir ki, Bayden qısa zamanda səhvini düzəldərək, tamaşaçılardan üzr istəyib:
“Hazırda inflyasiya İraqdakı müharibə və Rusiyanın neftlə bağlı hərəkətləri nəticəsində yaranan qlobal problemdir. Bağışlayın, Ukraynadakı müharibə deyəcəkdim”.
Amerika liderinin bu səhvi zaldakı şəxsləri təəccübləndirməyib. Çünki 80 yaşlı prezident tez-tez siyası səhvlərinə görə gündəmdədir.