Bayden və Ərdoğanın görüşü hazırlanır: Prezidentlərin Rusiyanı müzakirə edəcəkləri gözlənilir

Sentyabrda ABŞ və Türkiyə prezidentləri arasında görüşün təşkil olunacağı bildirilir.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, “Reuters” agentliyi bu ilin sentyabrında ABŞ Prezidenti Co Bayden ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün təşkilinə hazırlıq görülür.

“Reuters”u bu barədə adı açıqlanmayan yüksək vəzifəli Türkiyə rəsmisinin məlumatlandırdığı vurğulanır.

Qeyd olunur ki, ABŞ və Türkiyə prezidentlərinin görüşü Ərdoğanın sentyabra planlaşdırılan səfəri çərçivəsində baş tutacaq.

Dövlət başçılarının müzakirə gündəliyində Ukrayna müharibəsi, Türkiyə-Rusiya münasibətləri və Suriya məsələlərinin olacağı bildirilir.