!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayden və Zelenski arasında telefon danışığı – Nələri müzakirə etdilər?

!Reklam – Yazi

ABŞ Prezidenti Co Baydenin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Bayden Rusiyanın Donbas və Krımdakı təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə davamlı dəstəyini təsdiqləyib. Tərəflər həmçinin, pandemiyaya qarşı mübarizə və regionda demokratiyanın möhkəmləndirilməsinin vacibliyini müzakirə ediblər”, – məlumatda bildirilib.

Məlumata görə, Bayden telefon danışığı zamanı Zelenskiyə Ukraynaya səfər etmək istədiyini deyib. Telefon danışığı 30-40 dəqiqə davam edib.

www.yenicag.az

358
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv