!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydendən Ərdoğana ilk məktub: Beynəlxalq sammitə dəvət etdi

!Reklam – Yazi

ABŞ Prezidenti Co Bayden dünyanın 40 ölkəsinin liderini 22-23 aprel tarixlərində onlayn formada keçiriləcək iqlim məsələləri üzrə beynəlxalq sammitə dəvət edib.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, sammit canlı yayımlanacaq. Açıqlamada bildirilir ki, Bayden vəzifəsinin icrasına başladığı ilk gün ABŞ ölkənin sabiq prezidenti Donald Trampın tərk etdiyi Paris üzrə İqlim Müqaviləsinə yenidən qayıdıb.

Qeyd edilir ki, ABŞ rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı da sammitə dəvət edib. O, Türkiyə liderinə bununla bağlı məktub göndərib.

Dünyanın 40 ölkəsinin liderləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı, həmçinin Kanadanın Baş naziri Castin Tryudo, Çin lideri Si Çzinpin, Aİ Şurasının prezidenti Çarlz Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Angela Merkel, Rusiyanın dövlət başçısı Vladimir Putin, Britaniyanın Baş naziri Boris Conson, habelə digər dövlət və hökumət rəhbərlərinin adları var.

www.yenicag.az

395
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv