!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydendən İrana SAVAŞ TƏHDİDİ: “Bu, son çarədir”

!Reklam – Yazi

ABŞ Prezidenti Co Bayden nüvə silahı əldə etməyə yaxın olan İranı müharibə ilə hədələyib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Bayden bu barədə səfərdə olduğu İsraildə keçirdiyi mətbuat konfransında danışıb.

Prezident bildirib ki, əgər İran nüvə silahı əldə etsə, ona qarşı güc tətbiqi qaçılmaz olacaq:

“İndiki İrandan daha pis olan yeganə hal nüvə silahına malik İranın mövcudluğudur”.

Bayden və İsrailin baş naziri Lapid İranın nüvə silahına malik olmasına qarşı birgə bəyannamə imzalayıblar.

Bundan əlavə, Bayden qeyd edib ki, İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin terrorçu qurumlar siyahısından çıxarılmayacaq.

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv