ABŞ Prezidenti Co Baydenin federal yanacaq vergisini dayandırmaq planı neft qiymətlərini aşağı salıb.
Yenicag.az xəbər verir ki, Bayden administrasiyasının ABŞ-nin böyük neft şirkətlərinə təzyiqi artıracağına dair gözləntiləri qiymətlərin aşağı düşməsinə səbəb olub.
Artan benzin qiymətləri ilə mübarizə aparmaq üçün benzin vergilərinə müvəqqəti vergi güzəştinin tətbiq edilib-edilməyəcəyi ilə bağlı sualı cavablandıran Bayden, “Ümid edirəm ki, məlumat əsasında qərar qəbul edəcəm. Bu həftənin sonuna kimi bununla bağlı qərar qəbul edəcəyik”, – deyə bildirib.
ABŞ Prezidenti Co Bayden və maliyyə naziri Canet Yellen ABŞ-də resessiyanın qaçılmaz olmadığını vurğulasalar da, “Wall Street” institutları tənəzzüllə bağlı gözləntilərini artırıb.
Qeyd edək ki, ABŞ Konqresində, o cümlədən bir çox demokratda müvəqqəti vergidən azad edilməsinə ciddi etiraz müşahidə olunur.
Gülşən Şərif