ABŞ-nin birinci xanımı Cill Bayden prezidentliyə yaşlı namizədlərin əqli qabiliyyətlərinin yoxlanılması ideyasını gülünc adlandırıb.
Yenicag.az xəbər verir ki, onun xanımının bildirdiyinə görə, əri, ABŞ-nin hazırkı Prezidenti Co Bayden belə bir test verməyəcək.
Bundan əvvəl siyasətçi Nikki Heyli yaşı 75-i keçən bütün prezidentliyə namizədlərin əqli imkanları ilə bağlı testdən keçmələrini təklif edib.
“Gülüncdür… Biz bunu hətta müzakirə belə etməyəcəyik”, – deyə Cill Bayden CNN-ə müsahibəsində bildirib.
ABŞ-nin birinci xanımı Baydenin bu yaxınlarda Varşava və Kiyevə səfərini onun səhhətinə və ağlının başında olmasına əsas kimi göstərib.