!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydenin mühüm Cənubi Qafqaz MESAJI: “ABŞ bu prosesdə Türkiyənin rolunu düzgün qiymətləndirməlidir”

!Reklam – Yazi

“ABŞ Türkiyəyə dəstək verməlidir ki, Ankara bölgədə at oynatmaqda olan Rusiyanın təsirini daha da zəiflətsin”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Co Baydenin dünən keçirdiyi mətbuat konfransında ölkəsinin müxtəlif regionlarda, o cümlədən, Cənubi Qafqazda Rusiyanın təsirini azaltmaq üçün Avropa İttifaqı ilə əməkdaşlığının zəruriliyi haqda fikirlərini şərh edən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, Baydenin bəyan etdiyi mövqenin praktik davamı olacaqsa, ABŞ bu prosesdə Türkiyənin rolunu düzgün qiymətləndirməlidir:

“ABŞ-ın NATO üzrə müttəfiqləri var və onlardan biri olan Türkiyə artıq Cənubi Qafqazda yerləşib. Lakin bu, tam yerləşmə deyil. Çünki Türkiyə necə deyərlər, bu regionda Rusiya ilə kəllə-kəlləyə dayanıb.

Belə bir vəziyyətdə NATO üzü olan Türkiyənin ABŞ prezidenti Co Bayden və komanda üzvləri tərəfindən təhdid edilməsi onun Cənubi Qafqazla bağlı söylədiyi fikirlərlə üst-üstə düşmür. ABŞ Baydenin qərarı ilə okeanı keçib bölgəyə gələ, ya gəlməyə – bu, naməlumdur. Ancaq Türkiyə artıq regiondadır.

Əslində, ABŞ Türkiyəyə dəstək verməlidir ki, Ankara bölgədə at oynatmaqda olan Rusiyanın təsirini daha da zəiflətsin. Hər kəs görür ki, Türkiyə Rusiyanın Cənubi Qafdazdakı nüfuzuna ciddi zərbə vurub. O baxımdan, söhbət Rusiyanın bölgədən tamamilə çıxarılmasından gedirsə, ABŞ və NATO Türkiyəni təhdid etmək əvəzinə, ona dəstək verməlidir.

Siyasətdə söz oyunu ilə məşğul olmaq lazım deyil, iş görmək lazımdır. Real iş görənlərin qarşısında müxtəlif maneələr yaratmaq çox yanlış yoldur. ABŞ Rusiyanı müəyyən bir çərçivəyə salmaq istəyirsə, Donbasla bağlı siyasətini Cənubi Qafqazda da həyata keçirməlidir. ABŞ bu işdə Türkiyəyə mane olmamalıdır”.

Səxavət Məmməd

www.yenicag.az

2187
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv