Baydenin namizədliyini geri çəkməsindən sonra Harrisdən ilk açıqlama

ABŞ Prezidenti Co Bayden prezidentlik yarışından geri çəkildikdən sonra ölkənin vitse-prezidenti Kamala Harris ilk açıqlaması ilə çıxış edib.

Yenicag.az bu barədə BBC-yə istinadən xəbər verir.

Harris çıxışında Baydenə “ölkəyə və millətə xidmətlərinə görə” təşəkkür edib.

Harris partiyalıları mitinqlərə çağırıb.

Qeyd edək ki, Bayden yarışdan çəkildikdən sonra Kamala Harrisin prezidentliyə namizədliyi irəli sürülüb.