Baydenin oğlunun Ağ Evə kokain gətirməsi iddiası mərcə qoyuldu

ABŞ Konqresinin Nəzarət Komitəsi Ağ Evdə kokainin tapılmasını qəbuledilməz və utancverici hesab edir.

Yenicag.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Ceyms Komer bildirib.

Onun sözlərinə görə, Komitə məxfi xidmətdən əlavə məlumat əldə etməyi tələb edir. Qeyd olunub ki, kokain işi üzrə məxfi xidmət zabitləri dindiriləcək.

Artıq amerikalı bukmeker kontorları ABŞ prezidentinin oğlu, biznesmen Hanter Baydeni Ağ Evə kokain keçirə bilənlər arasında favorit hesab edirlər.

Mərclərin bir neçə bukmeker kontoru tərəfindən edilməsi təklif olunur – “BetOnline” və “Sportsbetting” Hanter Baydenə 1,7 əmsal verir ki, bu da onu ABŞ prezidentinin iqamətgahında tapılan dərman dozasının iddia edilən sahibləri arasında lider edir./Report/