“Baydenin Putin haqqında dedikləri qəbulolunmazdır” – Ərdoğandan dəstək

“ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putin haqqında dediyi ifadələr qəbulolunmazdır”

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Fikrimcə, cənab Putin çox ağıllıca, şık şəkildə lazım olanı edib”, – deyə o, vurğulayıb.

Xatırladaq ki, martın 17-də ABŞ Prezidenti Cozef Bayden Vladimir Putini “qatil” adlandırıb. Ötən gün Rusiyanın dövlət başçısı V.Putin ona cavabında “Adımı sənə qoyum, səni yana-yana qoyum” deyib.