!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baydenin təklifi DÜNYANI QARIŞDIRDI: “Moskva daha da kəskin addımlar atacaq”

!Reklam – Yazi

“Demokratlar və Respublikaçılar arasındakı keçid dövründə müxtəlif siyasi dəyişikliklər baş verə bilər. Cozef Baydenin ATACMS taktiki ballistik raketlərinin Rusiya ərazisinə atılmasına icazə verməsi bunun bir sübutudur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Kazım Kazımov deyib.

O, Bayden administrasiyasının Kiyevin Rusiyanın dərinliklərinə zərbələr endirməsi ilə bağlı verdiyi icazəni şərh edib.

Analitikin sözlərinə görə, 2016-cı ildəki keçid dövründə də Demokratlar və Respublikaçılar arasında Rusiya mövzusu ilə bağlı müxtəlif siyasi proseslər gedirdi:

“Biz bundan əvvəlki vaxtlarda da Barak Obama ilə Donald Tramp arasındakı keçid dövrü zamanı, yəni 2016-cı ildə də belə hadisələrin şahidi olmuşuq. Bu gün Cozef Baydenin həmin atdığı addımlar da eyni siyasi proseslərin göstəricisidir”.

Politoloq Demokratların bu siyasi addımını Rusiya ilə Respublikaçılar arasındakı əlaqələri soyutmağa xidmət etdiyini vurğulayıb:

“Onlar maksimum dərəcədə çalışırlar ki, Respublikaçılarla Rusiya arasında münasibətlərin əvvəlində bir qalmaqal əmələ gətirərək əlaqələrin istiləşməsinin qarşısını kəssinlər. Çünki Donald Trampın hakimiyyətə gəlməmişdən əvvəlki çıxışlarına baxdığımızda, o, Ukrayna müharibəsini ABŞ üçün lazımsız bir yük kimi görürdü. Onun üçün də Donald Tramp müharibəni tezliklə bitməsini arzulayaraq müharibənin bitməsi üçün konkret şəkildə çalışacağını bildirirdi”.

Siyasi təhlilçi Demokratların siyasi prosesinə əsaslanaraq Rusiyanın da lazımi olan addımları atacağını da söyləyib.

“Cozef Bayden icazəsi ilə ATACMS taktiki ballistik raketləri Rusiya ərazilərində düşməyə başladıqda, Moskva daha da kəskin addımlar atacaq. Bu da öz növbəsində Vaşinqton və Moskva münasibətlərinə təsir edəcək. Lakin Cozef Baydenin bu siyasi quruluşu Donald Trampın hakimiyyətə gəlməsindən sonra necə dəyişməsi sual altındadır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

www.yenicag.az

159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv