“Baydenin tələsik və qərəzli qərarı..” – Avropa Müsəlman Forumundan BƏYANAT

“1915-ci il hadisələrinin Osmanlı İmperiyası ermənilərinin “soyqırımı” kimi tanınması ABŞ-ın yeni rəhbərliyinin böyük səhvidir.”

Yenicag.az xəbər verir ki, bu barədə Avropa Müsəlman Forumu Bəyanat yayıb.

Bəyanatı təqdim edirik:

“Amerikan səlahiyyətlilərinin bu cür hərəkətləri, NATO-nun ən önəmli ortaqlarından sayılan Türkiyə ilə mövcud olan mürəkkəb əlaqələrə və ABŞ-ın müsəlman dünyasındakı imicinə xələl gətirmək üçün əlavə əngəllər əlavə edir. Üstəlik, bu addımların Ermənistanla müsəlman qonşuları olan Türkiyə və Azərbaycan ilə sülh prosesinin qurulmasına mənfi təsir edir. Cənab Baydenin tələsik və qərəzli qərarı bütün tərəflərin bir əsr əvvəlki mübahisəli və qeyri-müəyyən hadisələri konstruktiv şəkildə nəzərdən keçirmə cəhdlərini alt-üst edir.

Avropa Müsəlman Forumu, Cənubi Qafqazın geosiyasi mənzərəsini çətinləşdirən və 20-ci əsrin qaranlıq səhifələrinə dair spekulyasiyaların yenidən ortaya atılmasından təəssüflənir. İnanırıq ki, rəsmi Ankara belə bir təxribatdan parlaq şəkildə çıxacaq qədər müdrik addımlar atacaq. Ümid edirik ki, Qarabağ münaqişəsinin yekun həlli zamanı rəsmi Bakı və İrəvan hər iki xalqın rifahı naminə qarşılıqlı tərəfdaşlıq və dinc yanaşı yaşamaq formulu barədə razılığa gələ biləcəklər.”

COP29