Baydenlə Tramp yenə qarşı-qarşıya gələcək

ABŞ Prezidenti Co Bayden 2024-cü ildə keçiriləcək seçkilərdə yenidən namizədliyini irəli sürəcək.

Yenicag.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat yayıb.

O qeyd edib ki, bunu Baydenin özü də dəfələrlə təkrarlayıb.

Qeyd edək ki, ABŞ-nin keçmiş rəhbəri Donald Tramp da 2024-cü ilin prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.