!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayılda qaz və işıq kəsildi

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə sahəsində yaşayan sakinlərin köçürülməsinə başlanılıb.

Yenicag.az-ın hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, sürüşmənin qeydə alındığı ərazilərdə ilk növbədə qazın və işığın verilişi dayandırılıb. Sakinlərin bir qismi 49 saylı məktəb-liseyə yerləşdirilib. Onlar ikinci bir göstərişə qədər orada qalacaqlar.

Hazırda sözügedən ərazi demək olar ki, tam boşaldılıb. Qaz və işığın kəsilməsi təhlükəsizlik məqsədilə həyata keçirilib.

Xatırladaq ki, “Teleqüllə” sürüşmə sahəsi – Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində 7 metr dərinliyində, 1 metr enində çatlar yaranıb.

www.yenicag.az

1451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv