!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayılda sakinlər etiraz edir

!Reklam – Yazi

images

Bu dəqiqələrdə Bayıl qəsəbəsi, 20-ci sahə yaşayış massivinin Arif İsmayılov küçəsinin sakinləri etiraz aksiyası keçirir.

Aksiyada qəsəbənin 100-ə yaxın sakini iştirak edir. Aksiyaya səbəb isə iki aydan çoxdur ki, sözügedən ünvana təbii qazın verilişinin dayandırılmasıdır.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev AzNews.az-a açıqlamasında bildirib ki, sözügedən ünvana qazın verilməməsi tənzimlənmə işləri ilə əlaqədardır: “Hazırda əməkdaşlarımız hadisə yerindədir. Orada tənzimlənmə işləri aparırlar. Həyət evlərinin içərisindən keçən qaz xətləri var. Həmin xətlərdə tıxanmalar və qeyri-qanuni birləşmələr var. Hazırda onların təmizlənməsi ilə bağlı işləri aparılır”.

www.yenicag.az

571
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv