Bayıl şosesində baş verən sürüşmənin dinamikasında aktivlik davam edir.
Bu barədə Yenicag.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.
Ekspedisiya rəisi bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Həmçinin hər saatdan bir ərazidə müşahidələr aparılır.