Bayılda yenidən sürüşmə olub

Bakının Səbail rayonunun Bayıl qəsəbəsində yenidən sürüşmə baş verib.

Yenicag.az “Report” istinadən xəbər verir ki, hadisə qəsəbənin Buxta 9 küçəsində qeydə alınıb.

Yerli sakinlər ərazidə yerləşən 3-4 evin uçduğunu bildirirlər.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib.