Bayılda yük maşını fəhləni vuraraq öldürdü

Bayılda “KamAZ” fəhləni vuraraq öldürüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, iyunun 27-də saat 9 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində aparılan tikinti sahəsində Bakı şəhər sakini M.Abdullayev idarə etdiyi “KamAZ” markalı avtomobili arxaya verərkən orada fəhlə işləyən Şəki şəhər sakini Fazil Seyidovu vurub və o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.