Baykanur kosmodromunun silahlı mühafizəsi gücləndirildi

Qazaxıstandakı Baykanur kosmodromunda mühafizə tədbirləri gücləndirilib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin məlumat verib.

Roqozin iğtişaşlara bağlı olaraq Baykanur ətrafındakı obyektlərin silahlı mühafizəsinin gücləndirildiyini bildirib.