Bayrağa hörmətsizlik edən məmur barəsində cinayət işi açıldı – VİDEO

Bərdədə “bayraq qalmaqalı” ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Yenicag.az- a Baş Prokurorluqdan məlumat verilib. Xəbərə görə, qeyd olunan faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması Bərdə Rayon Polis Şöbəsinə tapşırılmışdır.