Bayraktar Akıncı B rekorda imza atdı – VİDEO

Türkiyənin Bayraktar Akıncı hücum pilotsuz uçuş aparatının B modeli test uçuşları zamanı rekorda imza atıb.

Yenicag.az-ın məlumatına görə, Bayraktar Akıncı B hücum PUA-sı 40 170 fut yüksəkliyə qalxaraq Türkiyə tarixinin yüksəklik rekordunu qırıb.

Xatırladaq ki, sözügedən hücum PUA-sı ilk dəfə ötən həftə səmaya qalxıb. Bayraktar Akıncı B 2×750 at gücünə, yəni toplam 1500 at gücünə malikdir.