Türkiyənin müdafiə sənayesi təyinatlı BAYKAR şirkəti ilə Səudiyyə Ərəbistanın Müdafiə nazirliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə “Yenicag.az” Türkiyə bürosuna BAYKAR şirkətinin İctimaiyyətlə əlaqələr departamentinin direktoru İlker Akgüngör məlumat verib.
Bildirilib ki, Türkiyənin milli və yerli imkanları ilə hazırlanan Bayraktar AKINCI TİHA, Səudiyyə Ərəbistanı Krallığının Hava və Dəniz Qüvvələri Komandanlığının arsenalına daxil ediləcək.